Dünya çempionatında bu gün III turun ilk 4 oyunu keçiriləcək.
Sportinfo.az xəbər verir ki, görüşlər A və B qruplarını əhatə edəcək.
A qrupunda Səudiyyə Ərəbistanı ilə Misir ı üz-üzə gələcək. Hər iki yığma ilk iki turda məğlubiyyətlə üzləşib. Qrupda 3-cü yeri tutmaq üçün Səudiyyə Ərəbistanı mütləq qələbə qazanmalıdır. Əks halda, bu pillə daha az top buraxan Misirə qismət olacaq.
Səudiyyə Ərəbistanı - Misir
Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika), Hiroşi Yamauçi (Yaponiya)
Volqoqrad, "Volqoqrad Arena"

