Dünya çempionatında bu gün III turun ilk 4 oyunu keçiriləcək.
Sportinfo.az xəbər verir ki, görüşlər A və B qruplarını əhatə edəcək.
Bu turdan etibarən hər qrupun matçları eyni saatda start götürəcək. A qrupunda diqqətlər artıq 1/8 finala vəsiqəni təmin etmiş Uruqvay və Rusiya yığmaları arasındakı oyuna yönələcək.
Hər iki komandanın 6 xalı olduğundan, bu matç qrup liderliyi baxımından əhəmiyyət kəsb edəcək. Vurulan və buraxılan topların fərqində daha üstün olan Rusiyaya heç-heçə də yetərli olacaq. Uruqvay isə 1-ci yeri tutmaq üçün mütləq qalib gəlməlidir.
Uruqvay - Rusiya
Hakimlər: Malanq Didhyu, Cibril Kamara, El Haci Kamara (hamısı Seneqal), Bamlak Tessema Veyeza (Efiopiya), Hasan Əlməhri (BƏƏ)
Samara, "Samara Arena"

