Polşanın 3 fiaskosu - VİDEO

25 İyun 2018 00:50 Dünya çempionatı 936
Polşanın 3 fiaskosu - VİDEO

Rusiyada keçirilən dünya çempionatında II tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyununda Polşa və Kolumbiya yığmaları üz-üzə gəlib.

Görüş cənubi amerikalıların böyükhesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 40-cı dəqiqədə Yeri Mina açıb. 70-ci dəqiqədə Radamel Falkao fərqi artırıb. Son nöqtəni isə 75-ci dəqiqədə Xuan Kuadrado qoyub.

Bununla da ardıcıl ikinci görüşündən məğlub ayrılan Polşa xal toplaya bilmədiyi üçün qrupda qalıb. Kolumbiya isə ilk qələbə sayəsində 1/8 finala vəsiqə şanslarını qoruyub. Bunun üçün son turda Seneqala qalib gəlmək lazımdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti