Rusiyada keçirilən dünya çempionatında II turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, H qrupunda yer alan Yaponiya və Seneqal yığmaları üz-üzə gəlib.
Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Afrikalılar hesabda 2 dəfə önə keçsələr də, qələbə qazana bilməyiblər.
11-ci dəqiqədə Sadiqo Manenin qoluna 34-cü dəqiqədə Takaşi İnui, 71-ci dəqiqədə Mussa Vaquenin dəqiq zərbəsinə isə 78-ci dəqiqədə Keysuke Honda cavab verib.
Bununla hər iki komanda 4 xalla qrupda liderliyini davam etdirib. II turun son görüşü hələ xalı olmayan Polşa və Kolumbiya milliləri arasında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

