Onlar da Argentinanı “yem” hesab edir: "Yaxşı şansımız var"

23 İyun 2018 19:24 Dünya çempionatı 965
Onlar da Argentinanı “yem” hesab edir: "Yaxşı şansımız var"

Nigeriya yığması DÇ-2018-in qrup mərhələsinin son oyununda Argentina ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, bu qarşılaşmada qalib gələcək komanda növbəti mərhələyə adlaya bilər.

Nigeriya yığmasının baş məşqçisi Gernot Rohr Argentinaya qalib gəlmək üçün yaxşı şanslarının olduğunu bildirib:

“Bu qarşılaşmanın qalibi növbəti mərhələyə adlayacaq. Biz qələbə üçün oynayacağıq. Krasnodarda Argentina yığması ilə yoldaşlıq görüşü keçirdik və 4:2 hesabı ilə qalib gəldik.

Ancaq həmin oyunda Lionel Messi çıxış etmirdi. Amma bütün hallarda, bilirik ki, Argentinaya qalib gələ bilərik. Bunun üçün çox yaxşı şansımız var”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti