Sportinfo.az xəbər verir ki, Braziliya millisinin baş məşqçisi Tite Kosta-Rikaya 2:0 qalib gəldikləri oyundan sonra sualları cavablandırıb.
Braziliya qrupda hansı yeri tutacaq?
- Bunun əhəmiyyəti yoxdur. Birinci və ya ikinci yeri tutmaq vacib məsələ deyil.
VAR sistemi ilə Byorn Kupers Neymara qarşı verilən penaltini ləğv etdi...
- Bəli, gördüm. Bəzən VAR işləyi, bəzən yox. Mən hakim olsaydım, həmin epizoda penalti verərdim. Çünki orada qayda pozuntusu var idi. Lakin Braziliya hakimin köməyinə ehtiyac duymur.
Neymar zəfərdən sonra ağladı. Bunu necə şərh edərdiniz?
- Bunu görmədim və şərh etməyəcəm. Amma milli komandanı təmsil etmək sevinc, məmnunluq və qürurdur.
Braziliya DÇ-2018-in favoritlərindəndir. Amma komandanız çətinliklə xal toplayır. Niyə?
- Bura dünya çempionatıdır. Burada səhv çox baha başa gəlir. Məsələn, Argentinaya baxa bilərsiniz.
Sonuncu matçda heç-heçə sizin üçün kifayətdir. Bunun üçün oynayacaqsız?
- Biz heç zaman heç-heçə üçün oynamamışıq.

