Rusiyada təşkil olunmuş dünya çempionatında daha bir komanda 1/8 finala vəsiqəni vaxtından öncə təmin edib.
Sportinfo.az xəbər verir ki, C qrupunda yer alan Fransa yığması Peruya 1:0 hesabıyla qalib gəlməklə pley-offa vəsiqə qazanıb.
İlk turda Avstraliyanı da 2:1 hesabıyla üstələmiş “xoruzlar” xal hesabını 6-ya çıxararaq ən azı qrup ikinciliyini təmin ediblər.
Peru isə əksinə, ilk iki oyunda məğlub olmaqla pley-offa yüksəlmək şansını itirdi. 36 illik fasilədən sonra mundial sevinci yaşayan perulular ilk turda da Danimarkaya uduzmuşdular.
Fransadan öncə pley-offa A qrupunda yer alan Rusiya və Uruqvay yığmaları vəsiqə əldə etmişdi. Misir, Səudiyyə Ərəbistanı və Mərakeş yığmaları isə Peru kimi, DÇ-2018-ə elə qrup mərhələsindəcə vida edəcək.

