Ronaldo azərbaycanlının başçılıq etdiyi siyahıda II oldu

21 İyun 2018 08:36 Dünya çempionatı 1 032
Ronaldo azərbaycanlının başçılıq etdiyi siyahıda II oldu

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Mərakeş ilə görüşdə fərqlənməklə yığma komandaları tarixində ən çox qol vuran futbolçular siyahısında irəliləyib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu yığmada 85-ci qoluna imza atıb.

Bununla da Ronaldo 84 qola malik macarıstanlı Ferents Puşkaşı arxada qoyub. O, ikinci pilləyə yüksəlib.

Siyahıya İran millisinin sabiq futbolçusu, milliyyətcə azərbaycanlı hücumçu Əli Daei 109 qolla başçılıq edir.

Daei isə 2006-cı ildə milli komanda ilə vidalaşıb və növbəti il karyerasını başa vurub. Puşkaş isə 2006-cı ildə dünyasını dəyişib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti