Kristiano Ronaldo ikinci dəfə DÇ-2018-də ən yaxşı seçildi

21 İyun 2018 00:40 Dünya çempionatı 868
Kristiano Ronaldo ikinci dəfə DÇ-2018-də ən yaxşı seçildi

Rusiyada təşkil olunan dünya çempionatı çərçivəsində bu gün keçirilən Portuqaliya – Mərakeş matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo seçilib.

Qeyd edək ki, Portuqaliya yığması bu oyunda 1:0 hesabıyla qalib gəlib. Komandasına qələbəni ilk dəqiqələrdə vurulmuş yeganə qolun müəllifi Ronaldo qazandırıb.

Madrid “Real”ının ulduz futbolçusu ilk turda İspaniya ilə 3:3 hesabıyla bitən qarşılaşmada da matçın ən yaxşısı seçilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!