DÇ-2018: İspaniya, Portuqaliya və Uruqvay 3 xalı 1 qolla qazandı

21 İyun 2018 00:00 Dünya çempionatı 951
DÇ-2018: İspaniya, Portuqaliya və Uruqvay 3 xalı 1 qolla qazandı

Rusiyada təşkil olunan dünya çempionatında bu gün daha üç oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında Portuqaliya ilə Mərakeş üz-üzə gəlib.

İlk oyunda İspaniya ilə heç-heçə edən portuqaliyalılar növbəti mərhələyə çıxmaq üçün bu görüşdən mütləq qələbə ilə ayrılmalı idilər. Kriştiano Ronaldonun matçın əvvəlində vurduğu qol oyunda yeganə olub. Bununla da, portuqallar xallarının sayını 4-ə çatdırıb.

Bu qrupun digər oyununda İspaniya İranla qarşılaşıb. İlk turda Mərakeşi məğlub edən cənub qonşularımız ispanlarla görüşdə ən azı heç-heçə etmək istəyirdilər. Lakin ispanlar minimal hesabla qalib gələrək, buna imkan verməyiblər.

Günün daha bir oyunu A qrupunda keçirilib. Bu qrupun oyununda Uruqvayla Səudiyyə Ərəbistanı üz-üzə gəlib. Uruqvaylılar minimal hesabla qalib gəlməklə Misir və Səudiyyə Ərəbistanını evə göndəriblər, əvəzində Rusiya ilə birgə 1/8 finala yüksəliblər.


B qrupu

Portuqaliya - Mərakeş 1:0

Qol: Kriştiano Ronaldo, 4.

Baş hakim: Mark Giger (ABŞ)
Moskva. “Lujniki stadionu”

Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 5. Rafael Gerrero, 6. Fonte, 8. Joao Moutinyo, 10. Joao Mario, 11. Bernardo Silva, 17. Qonsalo Guedes, 7. Kriştiano Ronaldo (k), 14. Villiam Karvalyo, 21. Sedrik Soares

Ehtiyat oyunçular: 2. Bruno Alves, 4. Manuel Fernandes, 9. Andre Silva, 12. Antoni Lopes, 13. Ruben Dias, 15. Rikardo 16. Bruno Fernandes, 18. Jelson, 19. Mario Rui, 20. Rikardo Kuarejma, 22. Beto, 23. Adrien Silva

Baş məşqçi: Fernando Santos

Mərakeş: 12. Munir, 4. Manuel de Kosta, 5. Mehdi Benatia (k), 2. Əşrəf Hakimi, 17. Nabil Dirar, 14. Mbark Bussufa, 8. Kərim Əl Əhmədi, 7. Hakim Ziyex, 10. Yunus Belhanda, 16. Nordin Amrabat, 13. Xalid Butaib

Ehtiyat oyunçular: 1. Yassin Bunu, 3. Hamza Mendil, 6. Ganem Sayss, 11. Faysal Facr, 18. Amine Harit, 19. Yussef En Nesri, 20. Aziz Buhadduz, 21. Sofyan Amrabat, 22. Ahmed Taqnauti, 23. Mehdi Karsela, 15. Yussef Bennasser

Baş məşqçi: Herve Renard


İran - İspaniya 0:1

Qol: Dieqo Kosta, 54.

Baş hakim: Andres Kunya
Kazan. “Kazan Arena”

İran: 1. Əli Beyranvand, 3. Ehsan Hacı Safi (k), 6. Səid Ezatolahi, 8. Morteza Puraliqanyi, 9. Omid Ebrahimi, 10. Kərim Ansarifarid, 11. Vahid Əmiri, 17. Mehdi Taremi, 19. Məcid Hosseyni, 20. Sərdar Azmun, 23. Ramin Rezaeyan

Ehtiyat oyunçular: 2. Mahdi Torabi, 5. Milad Məhəmmədi, 7. Məsud Şocaei, 12. Rəşadi Məzaheri, 13. Məhəmməd Reza Xanzadə, 14. Saman Goddos, 15. Peyman Montazeri, 16. Reza Qoçannejad, 18. Alireza Cahanbaxş, 21. Aşkan Dejagah, 22. Əmir Abedzadə, 4. Rozbeh Çeşmi

Baş məşqçi: Karlos Keyruş

İspaniya: 1. David De Xea, 2. Dani Karvaxal, 3. Jerar Pike, 5. Serxio Buskets, 6. Andres İnyesta, 11. Lukas Vaskes, 15. Serxio Ramos (k), 18. Xordi Alba, 19. Dieqo Kosta, 21. David Silva, 22. İsko

Ehtiyat oyunçular: 4. Naço, 7. Saul, 8. Koke, 9. Rodriqo, 10. Tyaqo, 12. Alvaro Odriozola, 13. Kepa Arrizabalaqa, 14. Sezar Aspilikiueta, 16. Naço Monreal, 17. Yaqo Aspas, 20. Marko Asensio, 23. Pepe Reyna

Baş məşqçi: Fernando Yerro

1. Portuqaliya 2 1 1 0 4:3 4
2. İspaniya 2 1 1 0 4:3 4
3. İran 2 1 0 1 1:1 1
4. Mərakeş 2 0 0 2 0:2 0


A qrupu

Uruqvay - Səudiyyə Ərəbistanı 1:0

Qol: Luis Suares, 23.

Baş hakim: Kleman Tyurpen
Rostov. “Rostov Arena”

Uruqvay: 1. Fernando Muslera, 2. Xose Ximenes, 3. Dieqo Qodin (k), 4. Gilyermo Varela, 5. Karlos Sançes, 6. Rodriqo Bentankur, 7. Kristian Rodriqes, 9. Luis Suares, 15. Matias Vesino, 21. Edinson Kavani, 22. Martin Kaseres

Ehtiyat oyunçular: 8. Nahitan Nandes, 10. Giorgian De Arraskaeta, 11. Kristian Stuani, 12. Martin Kampana, 13. Qaston Silva, 14. Lukas Torreyra, 16. Maksimiliano Pereyra, 17. Dieqo Laksalt, 18. Maksimiliano Qomes, 19. Sebastyan Koates, 20. Xonatan Urretaviskaya, 23. Martin Silva

Baş məşqçi: Oskar Tabares

Səudiyyə Ərəbistanı: 22. Məhəmməd Alovays, 3. Osama Havsavi (k), 4. Ali Albulayhi, 6. Məhəmməd Alburayk, 7. Salman Əlfərəc, 9. Hatan Bahbri, 13. Yasser Əlşahrani, 14. Abdulla Otayf, 17. Taysser Əlyassam, 18. Salem Aldavsari, 19. Fahad Almuvallad

Ehtiyat oyunçular: 1. Abdullah Almuayuf, 2. Mansur Əlhərbi, 5. Omar Havsavi, 8. Yahya Əlşəhri, 10. Məhəmməd Əlşəhlavi, 11. Əbdülmalik Əlxaibri, 12. Məhəmməd Kanno, 15. Abdullah Əlxaybari, 16. Hüsseyn Əlmoqahvi, 20. Muhannad Asiri, 21. Yasser Almosailem, 23. Motaz Havsavi

Baş məşqçi: Xuan Antonio Pitsi

1. Rusiya 2 2 0 0 8:1 6
2. Uruqvay 2 2 0 0 2:0 6
3. Misir 2 0 0 2 1:4 0
4. S Ərəbistanı 2 0 0 2 0:6 0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti