Rusiya millisindən DÇ tarixinə düşən uğurlu start

20 İyun 2018 10:36 Dünya çempionatı 771
Rusiya millisindən DÇ tarixinə düşən uğurlu start

Rusiya millisi dünya çempionatındakı ikinci oyununda Misiri 3:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Stanislav Çerçesovun komandası 2 turdan sonra 6 xal qazanıb, 8 qol vurub və qapısında cəmi 1 qol görüb.

Bu nəticə ilə Rusiya millisi dünya çempionatları tarixində meydan sahiblərinin ən uğurlu startına imza atıb.

1934-cü ildəki mundialın ev sahibi İtaliya millisi də ilk 2 matçda 8 qol vurmaqla qələbə qazanıb. Amma “Skuadra Adzurra” qapısında 2 qol görmüşdü.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti