Dünya çempionlarına çəkiləri qədər pomidor verdilər - Ispaniyada

23 İyul 10:20 Dünya çempionatı 536
Dünya çempionlarına çəkiləri qədər pomidor verdilər - Ispaniyada

İspaniya yığmasının futbolçuları Qavi və Fabian Ruis dünya çempionatındakı qələbə münasibətilə doğma şəhərləri Los-Palasyos-i-Vilyafrankada pomidorla mükafatlandırılıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə “Vanguardia” qəzeti məlumat yayıb.

“Yerli sakinlər hər iki futbolçunu şəhər meriyasında təntənə ilə qarşılayıblar və bələdiyyənin ən ənənəvi mükafatlarından birini – futbolçuların öz çəkilərinə bərabər miqdarda pomidor təqdim ediblər”, – deyə məlumatda bildirilir.

Mərasim zamanı veriləcək pomidorun çəkisini müəyyən etmək üçün futbolçular tərəziyə çıxarılaraq çəkiliblər.

İspaniya millisi 2026-cı il dünya çempionatının finalında Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək bu titula yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO