“Yenə də əziyyət çəkdik” - Messi həqiqəti gizlətmədi

“Yenə də əziyyət çəkdik” - Messi həqiqəti gizlətmədi

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının yarımfinalına yüksəldikdən sonra sosial şəbəkədə paylaşım edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu paylaşımında bunları yazıb:

“Yenə də əziyyət çəkdik. Amma komandamız həmişə inanır. Dünyanın ən yaxşı dörd komandası arasındayıq”.

Argentina millisi 1/4 finalda İsveçrə yığmasını 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Messi bu oyunda 1 məhsuldar ötürmə edib. Komanda yarımfinalda İngiltərə millisi ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti