“Dünya çempionu olmaq şansımız hələ də çox aşağıdır”

“Dünya çempionu olmaq şansımız hələ də çox aşağıdır”

Norveç millisinin hücumçusu Erlinq Haland komandasının DÇ-2026-nı qazanmaq ehtimalını dəyərləndirib.

Norveç yığması dünya çempionatının 1/4 final mərhələsində iyulun 12-də İngiltərə millisi ilə qarşılaşacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Haland, jurnalistlərin “Norveçin dünya çempionu olmaq şansını necə qiymətləndirirsən” sualına belə cavab verib:

“Hələ də çox aşağı. Turnirdə bir neçə aşkar favorit var və İngiltərə də onlardan biridir. Siz jurnalistlər təzyiqi ingilis futbolçuların üzərində yaratmalısız (gülür)”.

Norveç – İngiltərə matçı saat 01:00-da start götürəcək

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti