Meksika DÇ-2026-yə 3 xalla başladı

Meksika DÇ-2026-yə 3 xalla başladı

23-cü dünya çempionatı start götürüb. Əvvəlcə turnirin rəsmi açıllş mərasimi olub.

Sportinfo.az xəbər verir ki, açılış oyunu A qrupunda Meksika ilə CAR arasında olub.

Oyun Mexikodakı 87 min 500 tamaşaçı tutumuna malik “Estadio Azteca” stadionunda keçirilib. Oyunda 3 qırmızı vərəqə və 2 qol olub. Yekunda Meksika qalib gəlib - 2:0.

İlk dəfə olaraq mundial 48 komandanın (əvvəllər 32) iştirakı ilə 3 fərqli ölkədə - ABŞ, Meksika və Kanadada təşkil olunur. Bu, futbol tarixinin ən böyük mundialı sayılır.

Dünya çempionatında 104 oyun olacaq və onlar 16 müxtəlif şəhərdə keçiriləcək. 48 komanda 12 qrupa bölünüb. Hər qrupda 4 komanda var.

Qrupda 1-2-ci yerləri tutanlar, eləcə də ən yaxşı nəticə göstərən 8 qrup üçüncüsü 1/16 finala vəsiqə əldə edəcək.

A qrupu

Meksika - CAR 2:0

Qollar: Xulian Kinyones, 9, Raul Ximenez, 67

Qırmızı vərəqələr: Yaya Sizole, 49 (CAR), Zemba Zvane, 84 (CAR), Sezar Montest, 90+2 (Meksika)
Baş hakim: Vilton Sampayo (Braziliya)

12 iyun

06:00. Cənubi Koreya – Çexiya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!