Bu gün futbol üzrə 23-cü dünya çempionatı start götürür.
Sportinfo.az xəbər verir ki, ilk dəfə olaraq mundial 48 komandanın (əvvəllər 32) iştirakı ilə 3 fərqli ölkədə - ABŞ, Meksika və Kanadada təşkil olunur. B
u, futbol tarixinin ən böyük mundialı sayılır.
Dünya çempionatında 104 oyun olacaq və onlar 16 müxtəlif şəhərdə keçiriləcək. 48 komanda 12 qrupa bölünüb. Hər qrupda 4 komanda var.
Qrupda 1-2-ci yerləri tutanlar, eləcə də ən yaxşı nəticə göstərən 8 qrup üçüncüsü 1/16 finala vəsiqə əldə edəcək.
Açılış oyunu bu gün A qrupunda Meksika ilə CAR arasında olacaq. Oyun Mexikodakı 87 min 500 tamaşaçı tutumuna malik “Estadio Azteca” stadionunda keçiriləcək. Final isə iyulun 19-u ABŞ-a, Nyu-Yorkdakı “MetLife Stadium”a təyin edilib.
A qrupu
23:00. Meksika - CAR
Baş hakim: Vilton Sampayo (Braziliya)
12 iyun
06:00. Cənubi Koreya – Çexiya (A qrupu)


