Tramp ABŞ millisinin dünya çempionatındakı ilk matçını tribunadan izləyə bilməyəcək

Tramp ABŞ millisinin dünya çempionatındakı ilk matçını tribunadan izləyə bilməyəcək

ABŞ prezidenti Donald Tramp ölkə millisinin dünya çempionatındakı ilk matçını tribunadan izləyə bilməyəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ yığmasının iyunun 13-də İnqlvudda Paraqvayla keçirəcəyi qarşılaşmada prezidentin əvəzinə ABŞ dövlət katibi Marko Rubio iştirak edəcək.

Paraqvay prezidenti Santiaqo Pena isə komandasının oyununu stadiondan izləyəcəyini açıqlayıb.

ABŞ millisi qrup mərhələsində Paraqvayla yanaşı, Avstraliya və Türkiyə yığmaları ilə də mübarizə aparacaq. Mundial bu gündən etibarən iyulun 19-dək davam edəcək.

Çempionatın açılış matçında Meksika və CAR milliləri üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti