FİFA DÇ-2026-dan neçə milyard dollar qazanacaq?

FİFA DÇ-2026-dan neçə milyard dollar qazanacaq?

FİFA) 2026-cı il dünya çempionatından əldə edəcəyi gəliri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu haqda “Finance Football” məlumat yayıb.

FİFA 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına ev sahibliyi etməklə 6 milyard dollardan çox gəlir əldə edəcək.

3,8 milyard dollar televiziya hüquqlarından, 2,4 milyard dollar isə reklamdan əldə olunacaq.

FİFA-nın əsas sponsoru Səudiyyə Ərəbistanının Aramco neft şirkətidir və təşkilata hər il 100 milyon dollar ödəyir.

“Adidas”, “Coca-Cola”, “Visa” və “Hyundai/KIA” da ən gəlirli tərəfdaşlar beşliyinə daxildir. Onlar birlikdə federasiyaya ildə 80-120 milyon dollar gəlir gətirirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyun 18:10 Çək və bizə göndər!
10 İyun 09:00 Mahirin 1 günü - VİDEO