“Biz heç vaxt yolun yarısında dayanmayacağıq” - MESSİ deyir

“Biz heç vaxt yolun yarısında dayanmayacağıq” - MESSİ deyir

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatının startı öncəsi komandanın hədəfləri barədə danışıb.

sPORTİNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu Argentina yığmasının maksimum nəticə üçün mübarizə aparacağını və yolun yarısında dayanmaq niyyətində olmadıqlarını bildirib:

“Biz heç vaxt yolun yarısında dayanmayacağıq. Komandamız bunu müxtəlif rəqiblərlə oyunlarda artıq göstərib.

Biz qalibik və yalnız maksimum nəticələrə çatmaq istəyirik. Addım-addım irəliləyəcəyik. Bizdə böyük motivasiya var”.

Sabah start götürəcək dünya çempionatı iyulun 19-na kimi Şimali Amerikada keçiriləcək. Argentina millisi qrup mərhələsində İordaniya, Əlcəzair və Avstriya yığmaları ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyun 18:10 Çək və bizə göndər!
10 İyun 09:00 Mahirin 1 günü - VİDEO
10 İyun 02:00 Sağ ol, Hikmət!