“Yenidən dünya çempionu olacağımızı əminliklə söyləmək çətindir”

“Yenidən dünya çempionu olacağımızı əminliklə söyləmək çətindir”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandasının DÇ-2026-da ardıcıl ikinci dəfə dünya çempionu olmaq şanslarını dəyərləndirib.

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olan argentinalılar, iyunun 17-də, qrup mərhələsinin ilk turunda Əlcəzair yığması ilə qarşılaşacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Skaloni dünya çempionluğunu təkrarlamağın asan olmayacağını vurğulayıb:

“Yenidən dünya çempionu olacağımızı əminliklə söyləmək çətindir, çünki bu, çox mürəkkəb vəzifədir.

Amma sizi əmin edə bilərəm ki, bu futbolçular meydanda bütün güclərini ortaya qoyacaqlar. Biz sonadək mübarizə aparacağıq”.

Argentina millisi 2022-ci ilin sonunda Qətərdə keçirilən mundialın finalında Fransa yığmasını penaltilər seriyasında məğlub edərək, tarixində üçüncü dəfə dünya çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyun 18:10 Çək və bizə göndər!
10 İyun 09:00 Mahirin 1 günü - VİDEO
10 İyun 02:00 Sağ ol, Hikmət!