Azərbaycanlı vitse-prezidenti üç komandanın adını çəkdi

10 İyun 23:20 Dünya çempionatı 220
Azərbaycanlı vitse-prezidenti üç komandanın adını çəkdi

"Güman edirəm ki, Türkiyə Dünya çempionatında çox yaxşı yarışacaq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

MOK rəsmisi DÇ-2026-da iki komandaya azarkeşlik edəcəyini söyləyib:

"Bu komandalardan biri Portuqaliyadır. Eysebionun dövründən bu komandaya azarkeşlik edirəm.

İkincisi isə Niderlanddır, Kroyffun dövründən bu komandanı izləyirəm və hələ də azarkeşlik edirəm”.

Çingiz Hüseynzadə Türkiyə millisinin 2002-ci il Dünya çempionatındakı uğurunu da xatırladıb:

“Türkiyə milli komandası 2002-ci ildə Dünya çempionatında üçüncü yeri tutmuşdu. Bu, onların ən böyük uğurudur.

Bu il də hesab edirəm ki, həmin dövrdən sonra o səviyyəyə yaxın bir komanda var.

Güman edirəm ki, Türkiyə Dünya çempionatında çox yaxşı yarışacaq, bütün rəqiblərlə mübarizə aparacaq".

Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyun 18:10 Çək və bizə göndər!
10 İyun 09:00 Mahirin 1 günü - VİDEO
10 İyun 02:00 Sağ ol, Hikmət!