“Bizə komanda kimi baxmırdılar, hamı başqa məsələlərdən danışırdı”

“Bizə komanda kimi baxmırdılar, hamı başqa məsələlərdən danışırdı”

Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzeko 2026-cı il dünya çempionatı öncəsi qrupdakı rəqabət barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının daha əvvəl yetərincə qiymətləndirilmədiyini bildirib:

“Bizə komanda kimi baxmırdılar. Pley-off mərhələsində hamı başqa məsələlərdən danışırdı, amma biz potensialımızı göstərə bildik. Qrupa gəldikdə isə, İsveçrə millisi açıq-aydın favoritdir”.

Bosniya və Herseqovina millisi mundialın qrup mərhələsində İsveçrə, Qətər və Kanada yığmaları ilə mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti