Bombardmanda ölən 168 qızın xatirəsi üçün... FOTOLAR

Bombardmanda ölən 168 qızın xatirəsi üçün... FOTOLAR

Dünya çempionatında iştirak edəcək İran millisi hazırlıq prosesini davam etdirmək üçün Meksikaya yollanıb.

Sportinfo.az xəbər verir ki, futbolçuların yaxalarında daşıdıqları “168” rəqəmli nişanlar diqqətdən yayınmayıb.

Bu rəqəm ABŞ-nin İranda qız məktəbini vurması zamanı həlak olan 168 məktəbli qızın xatirəsinə həsr olunub.

Futbolçuların daşıdığı nişanlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox istifadəçi bunu həyatını itirənlərin xatirəsinə ehtiram jesti kimi qiymətləndirib.

İran millisi DÇ öncəsi hazırlıq proqramı çərçivəsində Meksikada bir sıra məşqlər və yoxlama oyunları keçirəcək.





Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti