Millinin futbolçuları DÇ-yə pəncərəsiz avtobusla getdi - VİDEO

8 İyun 10:00 Dünya çempionatı 927
Millinin futbolçuları DÇ-yə pəncərəsiz avtobusla getdi - VİDEO

Kürasao millisinin dünya çempionatına gedişi maraqlı anlarla yadda qalıb.

Sportinfo.az xəbər verir ki, komanda pəncərəsiz, köhnə tipli məktəb avtobusu ilə DÇ-yə yollanıb.

Sadə görünüşə baxmayaraq, avtobusun içində səslənən musiqi və futbolçuların yüksək əhval-ruhiyyəsi diqqətdən qaçmayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə futbolçuların ritmə uyğun şəkildə mahnı oxuduğu pozitiv anlar əks olunub.

Avtobusun retro görünüşü isə izləyicilər tərəfindən maraqla qarşılanıb.

Digər Xəbərlər
Xəbər Lenti