İndiyədək DÇ-2026-yə neçə komanda vəsiqə qazanıb? - HƏMİN SİYAHI

İndiyədək DÇ-2026-yə neçə komanda vəsiqə qazanıb? - HƏMİN SİYAHI

2026-cı il dünya çempionatının 20 iştirakçısı məlum olub.

Sportinfo.az xəbər verir ki, bu ay Misir və Əlcəzair mundiala vəsiqə qazanıb.

Sentyabrda turnirin son mərhələsinə Uruqvay, Kolumbiya və Paraqvay, eləcə də Mərakeş və Tunis yüksəlib.

Çempionatda ümumən 48 milli yarışacaq. Bugünə qədər final mərhələsində iştirakını təmin edən yığmalar aşağıda adları qeyd olunanlardır:

ABŞ (təşkilatçı ölkə), Meksika (təşkilatçı ölkə), Kanada (təşkilatçı ölkə), Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Ekvador, Yeni Zelandiya, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir

Dünya çempionatı 2026-cı ildə Kanada, ABŞ və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti