DÇ-2026 üçün iki favoriti var - Tanınmış məşqçinin

4 Oktyabr 21:40 Dünya çempionatı 113
DÇ-2026 üçün iki favoriti var - Tanınmış məşqçinin

“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandes 2026-cı il dünya çempionatının əsas favoritlərini açıqlayıb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, o, turnirin qalibi üçün iki komandaya şans verib:

“Favorit kimdir? Mən hesab edirəm ki, qələbə uğrunda əsas namizədlər İspaniya və Argentina yığmalarıdır. Bunlar mundialın başlıca favoritləridir”.

2026-cı il dünya çempionatı Şimali Amerikada keçiriləcək. Mundialın son qalibi Argentina millisidir.

2022-ci ilin finalında Lionel Skaloninin rəhbərliyindəki argentinalılar Fransanı penaltilər seriyasında məğlub etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 17:50 Çək və bizə göndər!
3 Oktyabr 23:00 U-21 kimə tapşırılacaq?