
Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Ukrayna yığmasında baş məşqçi problemi bitmək bilmir.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Sergey Rebrovla bağlı qeyri-müəyyənlik davam edir.
Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko seçmə mərhələnin sonuna qədər hazırkı çalışdırıcıya güvənmək istəsə də, ona təzyiqlər göstərilir.
Bu səbəbdən oktyabrdakı matçlar Rebrovun taleyinə aydınlıq gətirə bilər. İslandiya və Azərbaycanla görüşlərdə komanda 6 xal toplamayacağı təqdirdə 51 yaşlı mütəxəssisin özünün istefa verməsi gözlənilir.
Ukrayna yığmasının baş məşqçi postuna artıq ilk namizəd də məlumdur. Rebrov vəziyyəti düzəldə bilməsə, onu sabiq komanda yoldaşı Oleq Lujnı əvəzləyə bilər.
“Karpatı”dan təklif alan Lujnı milliyə təyinatına ümidli olduğu üçün bu variantdan imtina etmək qərarına gəlib.
Ukrayna yığması oktyabrın 10-da İslandiya, 13-də isə Azərbaycan millisi ilə qarşılaşacaq.