İtaliya yığması iki avtoqol “yedi”, qalib gəldi - DÇ-2026-da NƏTİCƏLƏR

İtaliya yığması iki avtoqol “yedi”, qalib gəldi - DÇ-2026-da NƏTİCƏLƏR

2026-cı ildə təşkil olunacaq dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, B, C, I və L qruplarında ümumilikdə 7 qarşılaşma baş tutub.

Bol qollu İsrail – İtaliya matçında qonaqlar seviniblər. Xorvatiya yığması isə Monteneqronu böyük hesabla məğlub edib.

B qrupu

Kosovo – İsveç 2:0
Qollar: Rexbeçay, 26. Muriqi, 42.

İsveçrə – Sloveniya 3:0
Qollar
: Elvedi, 18. Embolo, 33. Ndoye, 38.

Xal: İsveçrə – 6. Kosovo – 3. İsveç – 1. Sloveniya – 1.

C qrupu

Belarus – Şotlandiya 0:2
Qollar
: Adams, 43. Volkov, 65-öz qapısına.

Yunanıstan – Danimarka 0:3
Qollar
: Damsqard, 32. Kristensen, 62. Höylund, 81.

Xal: Danimarka – 4. Şotlandiya – 4. Yunanıstan – 3. Belarus – 0.

I qrupu

İsrail – İtaliya 4:5
Qollar
: Lokatelli, 16-öz qapısına. D.Perets, 52; 89. Bastoni, 87-öz qapısına – M.Kin, 40; 54. Politano, 59. Raspadori, 81. Tonali, 90+1.

Xal: Norveç – 12. İtaliya – 9. İsrail – 9. Estoniya – 3. Moldova – 0.

L qrupu

Cəbəllütariq – Farer adaları 0:1
Qol
: Aqnarsson, 68.

Xorvatiya – Monteneqro 4:0
Qollar
: Yakiç, 35. Kramariç, 51. E.Kuç, 85-öz qapısına. Perişiç, 90+2.

Xal: Çexiya – 12. Xorvatiya – 12. Farer Adaları – 6. Monteneqro – 6. Cəbəllütariq – 0.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM