İngiltərə “cırtdanlar”a çox qol vurmadı - DÇ-2026-da NƏTİCƏLƏR

İngiltərə “cırtdanlar”a çox qol vurmadı - DÇ-2026-da NƏTİCƏLƏR

2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları bu gün baş tutub.

Sportinfo.az xəbər verir ki, F, H, K qruplarında ümumilikdə 6 görüş keçirilib.

İngiltərə evdə Andorranı qəbul edib və inamlı qələbəyə sevinib. Portuqaliya səfərdə Ermənistanı 5:0, Bosniya və Herseqovina isə San Marinonu 6:0 hesabıyla yenib.

F qrupu

Ermənistan – Portuqaliya 0:5
Qollar
: J.Feliks, 10; 61. Ronaldo, 21; 46. Kanselo, 32,

İrlandiya – Macarıstan 2:2
Qollar
: E.Ferquson, 49. Ayda, 90+3 – Varqa, 2. Sallai, 15.

Xal: Portuqaliya – 3. Macarıstan – 1. İrlandiya – 1. Ermənistan – 0.

H qrupu

San Marino – Bosniya və Herseqovina 0:6
Qollar
: Tahiroviç, 21. Dzeko, 70; 72. Bazdar, 81. Alaybeqoviç, 85. Muyakiç, 90.

Avstriya – Kipr 1:0
Qol
: Zabitser, 54-pen.

Xal: Bosniya və Herseqovina – 12. Avstriya – 9. Rumıniya – 6. Kipr – 3. San Marino – 0.

K qrupu

Latviya – Serbiya 0:1
Qol
: Vlahoviç, 12.

İngiltərə – Andorra 2:0
Qollar
: K.Qarsiya, 25-öz qapısına. D.Rays, 67.

Xal: İngiltərə – 12. Serbiya – 7. Albaniya – 5. Latviya – 4. Andorra – 0.

Digər Xəbərlər
Xəbər Lenti