Daha 6 ölkə DÇ-2026-ya vəsiqəni təmin etdi - Cənubi Amerikadan

Daha 6 ölkə DÇ-2026-ya vəsiqəni təmin etdi - Cənubi Amerikadan

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, Argentina millisi Venesualanı qəbul edib.

Lionel Messinin dubl etdiyi görüşdə meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

Bu nəticə ilə Argentina millisi lider kimi mundiala vəsiqəni təmin edib. Braziliya, Uruqvay, Kolumbiya, Ekvador və Paraqvay da DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.

7-ci yerdə qərarlaşan Venesuela isə qitələrarası pley-offda mübarizə aparacaq. Boliviya 1 xal geri qalaraq şansını saxlayır.

Braziliya – Çili - 3:0
Qollar:
Estevao, 38, Lukas Paketa, 72, Bruno Qimaraeş, 73

Uruqvay – Peru - 3:0
Qollar
: Aqirre,14, Arraskaeta, 58, Vinyas, 80

Kolumbiya – Boliviya - 3:0
Qollar
: Xames Rodriqes, 31, Kordoba, 74, Kintero, 83

Paraqvay – Ekvador - 0:0

Digər Xəbərlər
Xəbər Lenti