Klublararası dünya çempionatı iki ildən bir keçiriləcək?

20 Avqust 2025 10:00 Dünya çempionatı 627
Klublararası dünya çempionatı iki ildən bir keçiriləcək?

Klublararası dünya çempionatı iki ildən bir keçirilə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

FIFA bu qərarını 2029-cu ildən başlayaraq həyata keçirməyi planlaşdırır.

Klublararası dünya çempionatı yeni formatda ilk dəfə 2025-ci ilin yayında ABŞ-də keçirilib. Turnirdə 32 komanda iştirak edib.

Finalda İngiltərənin “Çelsi” klubu Fransa təmsilçisi PSJ-yə 3:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...