
“Mançester Siti”nin və Norveç yığmasının hücumçusu Erlinq Haland milli komandanın dünya çempionatındakı şanslarını dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, o, “Time” jurnalına açıqlamasında belə deyib:
“ABŞ yığması dünya çempionatını qazana bilərmi? Bəs sizcə, daha çox şansı olan kimdir?
ABŞ, yoxsa Norveç? Cavab verməyə məcbur deyilsiz. Amma gəlin realist olaq.
Norveç millisi heç vaxt dünya çempionu olmayacaq. Biz bir gün seçmə mərhələni keçsək, bu artıq böyük ölkənin qalib gəlməsinə bərabər olacaq.
Osloda tarixdə görünməmiş bayramlar başlayacaq. ABŞ millisi? Düzünü desəm, demək istəmirəm ki, onlar heç vaxt çempion olmayacaqlar.
Bəlkə də qalib gələcəklər. Bu səbəblə, ABŞ-ın şansı 1, Norveçin isə 0,5 faizdir”.
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.