
Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Fransa turnirin final mərhələsinə yüksələcəyinə şübhə etmir.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Didye Deşam yer aldıqları D qrupunda özlərinə yeganə rəqib qismində Ukraynanı görür.
Fransızlar ilk turda məhz Ukraynanın qonağı olacaq. Yerli KİV Deşamın bu rəqiblər matçlara final gözü ilə baxdığını yazıb. İlk turda Polşada əldə ediləcək qalibiyyət isə qrupun müqəddəratını həll edə bilər.
“Deşamın komandası üçün əsas təhlükə Ukrayna sayılır. Birinci turda millimiz qələbə qazanmaqla intriqanı erkən öldürə bilər. Vaxtından əvvəl final mərhələsinə vəsiqə də istisna deyil”, – deyə qeyd olunub.
Seçmə mərhələnin ilk turu çərçivəsində sentyabrın 5-də İslandiya – Azərbaycan və Ukrayna – Fransa oyunları keçiriləcək.