“Başım gicəlləndi və oturmaq məcburiyyətində qaldım” - Çempionatı tənqid etdi

“Başım gicəlləndi və oturmaq məcburiyyətində qaldım” - Çempionatı tənqid etdi

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes ABŞ-da keçirilən Klublararası dünya çempionatının yeni formatını və oyunların yayda təşkil olunmasını tənqid edib.

İyulun 13-də Nyu-Cersidə yerləşən “MetLife Stadium”da baş tutacaq turnirin finalında “Çelsi” və PSJ komandaları üz-üzə gələcək.

Matçın keçirildiyi gün bölgədə havanın temperaturunun +30 dərəcəyə çatacağı gözlənilir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu havanın isti olmasından narazılığını bildirib:

“İnanılmaz bir isti var. Bir neçə gün əvvəl başım gicəlləndi və oturmaq məcburiyyətində qaldım.

Həqiqət budur ki, belə temperaturda futbol oynamaq çox təhlükəlidir. Bu, oyunun keyfiyyətinə, stadiondakı azarkeşlərin rahatlığına və evdə oyunu izləyən insanların təəssüratına təsir göstərir.

Oyunun tempi zəifləyir, futbol daha yavaş və maraqsız görünür. Ümid edirik ki, növbəti illərdə matçların başlama saatı ilə bağlı dəyişiklik ediləcək və oyunlar daha baxımlı olacaq”.

2026-cı ildə milli komandalar arasında keçiriləcək dünya çempionatı ABŞ, Kanada və Meksikada baş tutacaq. Turnirə 48 komanda qatılacaq və 11 iyun-19 iyul tarixləri arasında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!