“Telefonum onların mesajları ilə doludur - Biz klub üçün hər şeyimizi veririk”

“Telefonum onların mesajları ilə doludur - Biz klub üçün hər şeyimizi veririk”

PSJ baş məşqçisi Luis Enrike klublararası dünya çempionatında “Real Madrid” üzərində qazandıqları 4:0 hesablı qələbədən sonra maraqlı açıqlamalar verib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı məşqçi matçdan sonra keçirdiyi mətbuat konfransında “Barselona” azarkeşlərinin onu mesajlarla təbrik etdiyini deyib:

“Telefonum “Barselona” azarkeşlərinin mesajları ilə doludur. “Real Madrid” böyük klubdur, belə də qalacaq.

Biz klub üçün hər şeyimizi veririk. Bəzi oyunçulara istirahət lazım idi.

Əsas məqsəd final üçün hazır olmaqdır. Yüksək səviyyəli futbolda dayanmaq yoxdur.”

PSJ bu nəticə ilə finala yüksəlib və bazar günü “Çelsi” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti