Sonuncu yarımfinalçı “Real” oldu - Klublararası dünya çempionatında

6 İyul 10:15 Dünya çempionatı 508
Sonuncu yarımfinalçı “Real” oldu - Klublararası dünya çempionatında

ABŞ-da keçirilən klublararası dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sonuncu yarımfinalçı “Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) matçında müəyyənləşib.

Madrid təmsilçisi rəqibini 3:2 hesabıyla məğlub edərək növbəti mərhələyə yüksəlib.

İspaniya nəhənginin qollarını Qonsalo Qarsiya (10), Fran Qarsiya (20) və Kilian Mbappe (90+4) vurublar. Dortmund klubunun heyətində isə Maksimilian Bayer (90+3) və Seru Girassi (90+8-pen) fərqləniblər.

“Real” yarımfinalda Fransa çempionu PSJ ilə qarşılaşacaq. Digər yarımfinal görüşündə isə İngiltərə təmsilçisi “Çelsi” ilə Braziliyanın “Fluminense” komandası ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 18:10 Çək və bizə göndər!
20 Avqust 10:20 Milliyə çağırılmayacaq