
"Borussiya" ABŞ-də keçirilən FIFA klublararası dünya çempionatının 1/8 final mərhələsində Meksikanın "Monterrey" klubuna qalib gəlib.
Sportinfo.az xəbər verir ki, oyun 2:1 hesabı ilə başa çatıb.
Dortmund təmsilçisinin heyətində Seru Qirassi dublla yadda qalıb, "Monterrey"in yeganə qoluna isə Herman Berterame imza atıb.
Beləliklə, "Borussiya" turnirin 1/4 finalında "Real"a (Madrid) rəqib olub. Görüş iyulun 5-də baş tutacaq.