"Bayern” üzərində qələbə ilə 1/8 finalda qaldılar - Dünya çempionatı

"Bayern” üzərində qələbə ilə 1/8 finalda qaldılar - Dünya çempionatı

ABŞ-da keçirilən Klublararası dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün daha bir qrupda üçüncü turun oyunları keçirilib.

C qrupunda Portuqaliyanın “Benfika” komandası Almaniya nəhəngi “Bayern”lə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

“Benfika” bu qələbə sayəsində 7 xalla qrup lideri kimi növbəti mərhələyə adlayıb. “Bayern” isə bunu 6 xalla qrup ikincisi olmaqla bacarıb.

Qrupun digər oyununda “Oklend Siti” və “Boka Xuniors” qarşılaşıblar. Amma bu oyun əlverişsiz hava şəraiti ucbatından hesab 1:1 olarkən yarıda qalıb.

Bu oyunun nəticəsini nəzərə almasaq, hazırda “Boka Xuniors”un 1 xalı varsa, “Oklend Siti” xalsızdır. Bu isə sözügedən komandalar üçün mübarizənin istənilən halda başa çatdığı anlamına gəlir.

Digər Xəbərlər
Xəbər Lenti