PSJ və “Botafoqo” növbəti mərhələdə - Klublararası dünya çempionatı

PSJ və “Botafoqo” növbəti mərhələdə - Klublararası dünya çempionatı

ABŞ-da keçirilən Klublararası dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün qrup mərhələsinin 3-cü turuna start verilib.

Madrid “Atletiko”su Braziliyanın “Botafioqo” komandasına 1:0 hesabıyla qalib gələrək xalını 6-ya çatdırıb. İspaniya təmsilçisinin yeganə qolunu 87-ci dəqiqədə Antuan Qrizmann vurub.

Fransa çempionu PSJ isə ABŞ təmsilçisi “Sietl Saunders”lə oyundan 2:0 hesablı qələbə ilə ayrılıb. Parislilərin heyətində Xviça Kvaratsxeliya (35) və Əşrəf Hakimi (67) fərqləniblər.

Beləliklə, B qrupunda PSJ və “Botafoqo” 6 xalla növbəti mərhələyə vəsiqə qazanıblar. “Atletiko” da 6 xal yığmasına rəğmən, qrupda qalıb. Xalsız “Sietl Saunders” qrup sonuncusu olub.

Digər Xəbərlər
Xəbər Lenti