“Yuventus”dan ikinci, “Real”dan ilk qələbə - Klublararası dünya çempionatı

“Yuventus”dan ikinci, “Real”dan ilk qələbə - Klublararası dünya çempionatı

ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, H qrupunda yer alan “Real” ikinci turda Meksika “Paçuka”sı ilə qarşılaşıb.

Matçın əvvəlində azlıqda qalmasına baxmayaraq, Madrid klubu mundialda ilk qələbəsini qazanıb. “Real” xallarının sayını 4-ə çatdırmaqla qrupda liderliyə yüksəlib.

G qrupunda isə “Yuventus” “Vidad”la üz-üzə gəlib və darmadağın sayəsində ikinci qələbəsini qazanmaqla növbəti mərhələyə vəsiqəni təmin edib.

"Real" (İspaniya) – "Paçuka" (Meksika) 3:1
Qollar: Bellingem, 35. A.Gülər, 43. F.Valverde, 70 – Elias Montiel, 80.

"Yuventus" (İtaliya) – "Vidad" (Mərakeş) 4:1
Qollar
: Butuli, 6-öz qapısına. K.Yıldız, 16; 69. Vlahoviç, 90+4-pen – Lork, 25.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 20:00 Çək və bizə göndər!
22 İyun 01:20 Musayev məğlub oldu