“Klublararası dünya çempionatında bircə çatışmayan “Barselona”dır”

22 İyun 20:50 Dünya çempionatı 144
“Klublararası dünya çempionatında bircə çatışmayan “Barselona”dır”

“Əl-Hilal”ın baş məşqçisi Simone İnzaqi Klublararası dünya çempionatında iştirak etməyən “Barselona”ya görə təəssüflənir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunu deyib:

“Bütün böyük və elit klublar Klublararası dünya çempionatında oynayır. Bircə çatışmayan “Barselona”dır”.

“Əl-Hilal” “Red Bull”, “Paçuka” və “Real”la eyni qrupda çıxış edir. Səudiyyə Ərəbistanı təmsilçisi H qrupunun ilk turunda Madrid klubu ilə qarşılaşıb.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Əl-Hilal” iyunun 23-də “Red Bull”, iyunun 27-də isə “Paçuka” ilə qarşılaşacaq. Komanda ilk turdan sonra ikinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 20:00 Çək və bizə göndər!
22 İyun 01:20 Musayev məğlub oldu