
ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün İspaniya təmsilçisi “Real” da ilk matçına çıxıb.
Madrid klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”la qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Real” 34-cü dəqiqədə Qonsalo Qarsiyanın vurduğu qolla hesabı açsa da, “Əl-Hilal” 41-ci dəqiqədə Ruben Nevesin penaltidən fərqlənməsi nəticəsində məğlubiyyətdən xilas olub.
Bu komandaların yer aldığı H qrupunun digər oyununda “Zalsburq” (Avstriya) Meksikanın “Paçuka” komandası ilə qarşılaşacaq.