“Küçədə üz-üzə gəlsən, inanmazsan ki, o, futbolçudur” - VİDEO

4 İyun 11:40 Dünya çempionatı 357
“Küçədə üz-üzə gəlsən, inanmazsan ki, o, futbolçudur” - VİDEO

“Ramiz Çovdarovun dünya çempionatının ən yaxşı oyunçusu nominasiyasını qazanması bəlkə də ondan çox, məni sevindirdi“.

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

ATV kanalında yayımlanan “Futbolumuz“ verlişində minifutbol üzrə dünya çempionatının yekunlarından danışan tanınmış teleşərhçi Ramizin bu mükafata layiq olduğunu bildirib.

Onun söylədiyinə görə, Çovdarovun bir çox üstün keyfiyyətləri var və bu, onu başqalarından fərqləndirir. Abbasov misal kimi millimizin üzvünün güclü zərbələrini, kiçik sahədə topla əla rəftarını qeyd edib.

Verlişin aparıcısı Ceyhun Rzayev isə adıçəkilən oyunçunun bədən qurluşuna diqqət çəkib: «Küçədə üz-üzə gəlsən, inanmazsan ki, o, futbolçudur».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu