Millimizi udanlara 4 milyon 300 min avro mükafat ayırdılar

9 Oktyabr 2017 19:36 Dünya çempionatı 579
Millimizi udanlara 4 milyon 300 min avro mükafat ayırdılar

DÇ-2018-in seçmə mərhələsinin son oyununda evdə Azərbaycan yığmasını məğlub edən (5:1) Almaniya qrup mərhələsini yüzfaizli nəticə ilə başa vurdu.

Sportinfo.az xəbər verir ki, İspaniyadan sonra seçmə mərhələni yüzfaizli nəticə ilə başa vuran ilk yığma olan bundestimin üzvlərinin dünya çempionatına vəsiqə üçün alacağı mükafat bəlli olub.

Almaniya Futbol İttifaqı seçmə mərhələdə çıxış etmiş oyunçular üçün ümumilikdə 4 milyon 300 min avro mükafat ayırıb. Bu barədə məlumatı Almaniya mətbuatı yayıb.

Seçmə mərhələ oyunlarında 37 futbolçu şans qazansa da, mükafat heyətə daxil edilmiş 42 futbolçu arasında bölünəcək. Ümumilikdə, hər qələbəyə görə millinin üzvlərinə 20 min avro ödənəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti