Gecənin sürprizləri – DÇ-2018

9 Oktyabr 2017 00:53 Dünya çempionatı 635
Gecənin sürprizləri – DÇ-2018

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının C, E və F qruplarında sonuncu oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycan yığması tsiklə Almaniya ilə səfər oyunu ilə yekun vurub. Millimiz son oyunda böyük hesabla uduzub. Bu qrupda baş tutan digər oyunlarda Norveç Şimali İrlandiyanı, Çexiya isə San Marinonu qəbul edib.

Hər iki oyunda sevinən tərəf meydan sahibləri olublar. Qrupda ilk iki yerin taleyinə ötən turda aydınlıq gəldiyindən, son oyunlarda yalnız 3, 4 və 5-ci pillələrin sahibi müəyyənləşib. Millimiz 5-ci yerlə kifayətlənməli olub.

E qrupunda isə 3 milli (Polşa, Monteneqro və Danimarka) arasında mundiala vəsiqə uğrunda gərgin mübarizə gedib. Polyaklar Monteneqro ilə ev qarşılaşmasında heç-heçə edəcəyi təqdirdə belə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqəni təmin edəcəkdi.

Monteneqro isə pley-offa vəsiqə üçün səfərdə Polşa millisini məğlub etməklə, Danimarkanın evdə Rumıniyaya uduzmasını arzulamalıydı. Amma Polşa qələbə qazanmaqla DÇ-yə vəsiqəni əldən verməyib. İkinci pilləni də Danimarka tutub.

F qrupunda İngiltərə millisi mundiala vəsiqəni öncədən təmin etmişdi. Pley-offa vəsiqə verən 2-ci pillə uğrunda mübarizəni isə 3 yığma davam etdirirdi (Şotlandiya, Slovakiya və Sloveniya). Şotlandiya millisi səfərdə Sloveniya yığmasına qalib gələcəyi təqdirdə, pley-offa vəsiqəni təmin edəcəkdi.

Ancaq bu matçda qeydə alınacaq heç-heçə Maltanı qəbul edəcək Slovakiyanın işinə yarayacaqdı. Belə ki, digər matçda bərabərlik qeydə alınacağı təqdirdə, slovakiyalılar evdə qrupun autsayderini məğlub edib, pley-offa vəsiqə qazana bilərdilər. Belə də olub. Şotlandların büdrəməsindən maksimum yararlanan Slovakiya yığması pley-offa vəsiqə qazanıb.

E qrupu

Danimarka - Rumıniya - 1:1
Qollar:
Eriksen, 59-pen. (1:0), Deas, 88 (1:1)

Qazaxıstan - Ermənistan - 1:1
Qollar:
Mxitaryan, 26 (0:1), Turisbek, 62 (1:1)

Polşa - Monteneqro - 4:2
Qollar:
Maçinski, 6 (1:0), Qrosiçki, 16 (2:0), Muqosa, 78 (2:1), Tomaseviç, 83 (2:2), Levandovski, 85 (3:2), Stojkoviç, 83 (4:2)

1.

Polşa

10

8

1

1

28:14

25

2.

Danimarka

10

6

2

2

20:8

20

3.

Montenegro

10

5

1

4

20:12

16

4.

Rumıniya

10

3

4

3

12:10

13

5.

Ermənistan

10

2

1

7

10:26

7

6.

Qazaxıstan

10

0

3

7

6:26

3

F qrupu

Litva - İngiltərə - 0:1
Qol:
Keyn, 27-pen.

Slovakiya - Malta - 3:0
Qollar:
Nemec, 33, 62, Duda, 69

Sloveniya - Şotlandiya - 2:2
Qollar:
Qriffits, 32 (0:1), Bezyak, 52 (1:1), 72 (1:2), Snodqrass, 88 (2:2)

1.

İngiltərə

10

8

2

0

18:3

26

2.

Slovakya

10

6

0

4

17:10

18

3.

Şotlandiya

10

5

3

2

17:12

18

4.

Sloveniya

10

4

4

3

12:7

15

5.

Litva

10

1

3

6

7:20

6

6.

Malta

10

0

1

9

3:25

1

C qrupu

Çexiya - San Marino - 5:0
Qollar:
Krmençik, 8; 23, Kopiç, 27, Novak, 71, Kadlets, 83

Almaniya - Azərbaycan - 5:1
Qollar:
Qoretzka, 9 (1:0), Şeydayev, 34 (1:1), Vaqner, 55 (2:1), Rudriger, 64 (3:1), Qoretzka, 66 (4:1), Emre Can, 82 (5:1)

Norveç - Şimali İrlandiya - 1:0
Qol:
Brunt, 71-avtoqol

1.

Almaniya

10

10

0

0

43:4

30

2.

Şimali İrlandiya

10

6

1

3

17:6

19

3.

Çexiya

10

4

3

3

17:10

15

4.

Norveç

10

4

1

5

17:16

13

5.

Azərbaycan

10

3

1

6

10:19

10

6.

San Marino

10

0

0

10

2:51

0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti