Polşa Monteneqronu məğlub edərək 2018-ci il dünya çempionatına vəsiqə qazanıb. Sportinfo.az xəbər verir ki, görüş Polşanın paytaxtı Varşavada baş tutub.
Meydan sahibləri rəqiblərini 4:2 hesabı ilə məğlub ediblər. Qarşılaşmada Kşiştov Maçinski, Kamil Qrosiçki, Robert Levandovski fərqləniblər.
Həmçinin Filip Stoykoviç topu öz qapılarına (avtoqol) vurub. Qonaqların heyətində isə Stefan Muqoşi və Nikol Vukçeviç fərqlənib.
Bununla da Polşa yığması E qrupunda birinci yeri tutub və dünya çempionatına vəsiqə qazanıb.

