Kosta-Rika da DÇ-2018-də!

8 Oktyabr 2017 16:06 Dünya çempionatı 614
Kosta-Rika da DÇ-2018-də!

Şimali Amerika zonasında DÇ-2018-in seçmə mərhələsinin bir oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, Kosta-Rika Hondurası qəbul edib.

Meydan sahibləri oyuna əlavə edilmiş dəqiqələrdə məğlubiyyətdən xilas ola biliblər - 1:1. Bu heç-heçə sayəsində Kosta-Rika qrupda 2-ci yeri təmin edib.

Bununla da onlar DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıblar. Meksika daha əvvəl DÇ-yə vəsiqə qazanmışdı.

Son turda daha bir vəsiqənin sahibi və Avstarliya-Suriya cütünün qalibi ilə pley-off oynayacaq komanda bəlli olacaq.

Kosta-Rika DÇ-2018-ə vəsiqə qazanan 13-cü komandadı. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya və Nigeriya yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti