2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, turnirin Afrika üzrə seçmə mərhələsində uğurlu çıxış edən Nigeriya yığması mundiala vəsiqə qazanıb.
B qrupunda Zambiya, Kamerun və Əlcəzairlə mübarizə aparan sözügedən kollektiv 4 qələbə, 1 heç-heçə sayəsində 13 xalla sona bir tur qalmış liderdi.
Bu komanda noyabrın 6-da səfərdə Əlcəzairə qarşı keçirəcəyi oyunda uduzsa belə, rəqibləri üçün əlçatmaz olaraq qalacaq.
Əlcəzair DÇ-2018-ə vəsiqə qazanan 12-ci komandadı. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə və İspaniya dünya çempionatında oynamaq hüququ qazanmışdı.

