DÇ-2018-ə vəsiqə qazanan komandaların sayı 11-ə çatdı

7 Oktyabr 2017 11:41 Dünya çempionatı 575
DÇ-2018-ə vəsiqə qazanan komandaların sayı 11-ə çatdı

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edən daha bir komandanın adı dəqiqləşdi.

Sportinfo.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə 9-cu turun ikinci oyun günündən sonra İspaniya yığması da mindiala vəsiqəni təmin etdi.

G qrupunda İtaliya, Albaniya, İsrail, Makedoniya və Lixtenşteynlə mübarizə aparan ispanlar keçirdikləri 9 oyunun yalnız birində xal itiribilər. Nəticədə, bu komanda 25 xalla qrup birinciliyini təmin edib.

Beləliklə, DÇ-2018-ə vəsiqə qazanan komandaların sayı 11-ə çatıb. Daha əvvəl təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya və İngiltərə yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti