DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Avropa zonasının D, G və İ qruplarında növbəti oyunlar keçirilib.
Sportinfo.az xəbər verir ki, G qrupunda lider İspaniya millisi "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya yığmasını qəbul edib.
İspanlar bu oyundan 3 xalla ayrılacağı halda DÇ-2018-ə vəsiqəni təmin edəcəkdi. Belə də olub. 3 cavabsız qolla qalib gələn İspaniya mundiala növbəti vəsiqənin sahibinə çevrilib. İtaliya Makedoniya ilə ev oyununda gözlənilmədən xal itirib. İsrail isə Lixtenşteynə səfərdə qalib gəlib.
İ qrupunda isə Türkiyə İslandiyanı qəbul edib. Bu qarşılaşma "ay-ulduzlular" üçün mundiala vəsiqə baxımından həlledici rol oynayırdı. Belə ki, Mirça Luçeskunun yetirmələri Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə şanslarını qoruyub saxlamaq üçün islandlarla matçdan 3 xalla ayrılmalıydı.
Bu mübarizədə türklərin əsas rəqibləri olan Xorvatiya millisi evdə Finlandiya ilə, Ukrayna yığması isə səfərdə Kosovo ilə üz-üzə gəlib. Lakin türklər doğma meydanda biabırçı məğlubiyyətə üzülüblər və mundiala vəsiqə şansını itiriblər. Xorvatiya da doğma meydanda xal itirib. Ukrayna isə səfərdən qələbə ilə qayıtmağı bacarıb.
D qrupu
Gürcüstan - Uels 0:1
Qol: Laurense, 49.
Avstriya - Serbiya 3:2
Qol: Burqstaller, 25. Arnautoviç, 76. Şaub, 89 - Milivoyeviç, 11. Matiç, 83.
İrlandiya - Moldova 2:0
Qol: Mörfi, 2; 19.

G qrupu
İtaliya - Makedoniya 1:1
Qol: Kyellini, 40 - Traykovski, 77.
Lixtenşteyn - İsrail 0:1
Qol: Tibi, 21.
İspaniya - Albaniya 3:0
Qol: Rodriqo, 16. İsko, 24. Alkantara, 27.

İ qrupu
Xorvatiya - Finlandiya 1:1
Qol: Mandzukiç, 57 - Soiri, 90.
Kosovo - Ukrayna 0:2
Qol: Paqarada, 60-öz qapısına. A.Yarmolenko, 87.
Türkiyə - İslandiya 0:3
Qol: Qudmundsson, 32. Byarnason, 39. Arnason, 50.


